888888

888888

Üye
13.08.2010
Astsubay
8.550
Hakkında

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi əsəcək, gecə və səhər bəzi ərazilərdə arabir 23-28 m/s-dək güclənəcək, günün ikinci yarısında 9-14 m/s-dək mülayimləşəcək. Temperaturun gecə 4-6° isti, gündüz 6-9° isti isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

    Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə arabir 18-23 m/s-dək güclənəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 6-11° isti təşkil edəcək.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə arabir 18-23 m/s-dək güclənəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə arabir 18-23 m/s-dək güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə arabir 18-23 m/s-dək güclənəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

    Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 4-6° isti, gündüz 6-10° isti,
    dağlarda gecə 0-4° isti, gündüz 4-6° isti olacağı gözlənilir.

    alıntı
#15.12.2014 13:54 0 0 0
  • 1. Hər zaman təbii olun! Poz verməyə çalışaraq özünüzü sıxmayın.

    2. Çiyinləriniz yüngül və sərbəst saxlayın. Özünüzü sıxmayın, beləcə daha təbii bir görünüş əldə edərsiniz.

    3. İçki qəbul etdikən sonra foto şəkil çəkdirməyin.

    4. Çöldə çəkim edirsinizsə, gün batımını seçim edin. Hər qadın belə daha gözəl görünür.

    5. Çənənizlə bağlı probleminiz varsa çənənizi biraz yuxarı qaldıraraq çəkim edə bilərsiniz.

    6. Şəkil çəkərkən qısa boylu görünmək istəyirsinizsə şəkili yuxarıdan,
    uzun boylu görünmək istəyirsinizsə, şəkili aşağıdan çəkin.

    7. Fon rənginin və geyiminizin eyni tonlarda olmamasına diqqət edin.

    8. Parlaq pomadalar yerinə, daha təbii olan böyürtkən tonlarında pomadalardan istifadə edin.

    9. Şəkil çəkdirərkən "Money" sözünü istifadə edin.

    10. Gözlərinin daha işıltılı çıxması üçün, çəkim anına qədər gözlərinizi bağlayın.
    Tam çəkiliş əsnasında açın.

    alıntı
#15.12.2014 13:52 0 0 0
  • Yorğun dərini özünə gətirmək və təravət bəxş etmək üçün ən asan maska reseptini təqdim edirik.

    Çirkli hava şəraitindən, yaxud stressdən dolayı dəri yaşlanır.

    Bəs dərini cavanlaşdırmaq və parlaq etmək üçün nə etmək lazımdır?

    Bunun üçün bir çay qaşığı yaş mayanı bir çay qaşığı nar suyu ilə qarışdırın.

    Bu qarışığı hər gün dəriyə çəkin.

    10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yaxalayın.

    Həmçinin hər gün bir parça buzu üzünüzdə gəzdirin.

    Yaxşı olar ki, buzu hər səhər yuxudan duranda tətbiq edəsiniz.

    alıntı
#15.12.2014 13:49 0 0 0
  • Bismillahir Rəhmanir Rəhim.

    Allahı tanımanın insan həyatında rolu
    Allahı tanımaq insan həyatına aşağıdakı təsirləri göstərir:
    I. Allahı tanıma və elmin inkişafı.
    Təsəvvür edin sizin, bir dostunuz səfərdən gəlib. Sizin üçün bir kitab hədiyyə gətirmişdir. Deyir ki, bu, çox gözəl bir kitabdır. Kitabın gözəlliyinin səbəbini soruşduqda deyir ki, bunun müəllifi çox diqqətli, mahir, təcrübəli, bilikli və öz ixtisasında usta bir şəxsiyyətdir.
    Şübhəsiz ki, belə bir kitabı siz üzündən oxuyub keçməyəcəksiniz. Əksinə, onun bütün ifadə, cümlə, hətta kəlmələrinə diqqət edəcəksiniz. Bir cümləsini başa düşmədikdə neçə saat, bəlkə də neçə gün ona vaxt sərf edəcəksiniz. O vaxta qədər ki, o cümlənin məna və məfhumunu başa düşəsiniz.(Bunun səbəbi nədir?). Səbəbi də budur ki, o kitabın müəllifi adi şəxs deyil. Əksinə, o müəllif böyük bir alimdir. Hər kəlməsində belə hikmətlər vardır.
    Ancaq sizə desələr ki, bu kitabın üzü, cildi qəşəng olsa da, müəllifi savadsız bir bir insandır, yəqin ki, o kitabı təkcə üzündən oxuyub keçəcəksiniz. Başa düşmədiyiniz yerdə də «Bu da müəllifin savadsızlığı üzündəndir» deyəcəksiniz. İnsanın bu cür kitabın üzərində vaxt sərf etməsi heyfdir.
    Bu dünya da böyük bir kitaba bənzəyir. Onda olan hər bir məxluqat bir kəlmə, yaxud bir cümlə təşkil edir.Mömin bir şəxsin nəzərində bu dünyada olan bütün məxluqatın hamısı hikmət üzündəndir. Mömin olan şəxs Allahı tanımağın sayəsində xüsusi və fövqəladə bir diqqətlə dünya məxluqatının hikmət və sirrini öyrənməyə çalışır. (Məhz bu məsələ elmin inkişafında böyük rol oynayır.) Səbəbi də budur ki, mömin şəxs bilir ki, bu məxluqatı yaradanın tükənməz elm və qüdrəti vardır. Buna görə də bu hikmət, sirr və fəlsəfəni tapmaq üçün daha dəqiq və daha güclü mütaliələr edir, axtarışlar aparır.
    Materialist bir şəxs isə bu barədə heç bir mütaliə etmir. Çünki o, bunları yaradanı şüursuz təbiət bilir. Bəzi materialist alimlərin elm kəşf edənlər sırasına qoşulmasının səbəbi budur ki, onlar Allahı qəbul edir lakin bu Allahı təbiət adlandırırlar (və təbiətin Allah olduğunu iddia edirlər). Bunun səbəbi isə, materialistlərin təbiət üçün nizam-intizam, hesab və proqram iddia etməsidir.
    Qısa sözlə desək, Allahı tanımaq (və Ona pərəstiş etmək) elmin inkişafına səbəb olur.
    2.Allahı tanıma, çalışmaq və ümid.
    İnsan öz həyatında çətinliklərlə üzləşdikdə, qapılar hər tərəfdən onun üzünə bağlandığı zaman çətinliklərin müqabilində tənhalıq və zəiflik hiss etdikdə Allaha olan iman onun köməyinə tələsərək ona arxa və kömək olur.
    Allaha imanı olan şəxslər hec vaxt özlərini tənha və zəif hiss etmir, məyus olmurlar. Çünki onlar Allahın qüdrətinin hər şeydən üstün və çətinliklərin onun əlində asan olduğunu bilirlər. Onlar Allaha, Onun lütf- mərhəmətinə, köməyinə və himayəsinə ümid bağlamaqla çətinliklərə qarşı mübərizəyə qalxır və bütün qüvvələrindən istifadə edirlər. Ona ümid bağlamaqla çətinlikləri arxada qoyur, onlara qalib gəlirlər. Doğrudan da Allaha imanlı olmaq insanlar uçün böyük bir arxadır. Ona imanlı olmaq insanı səbrli və dözümlü edir. Ona iman bağlamaq ümid çırağını həmişə ürəklərdə saxlayır.
    Məhz bu səbəbdən mömin insanlar heç vaxt özlərinə qəsd etmirlər. Özünə qəsd etməyin səbəbi yalnız məğlub, ümidsiz və məyus olmaqdır. Mömin insanlar isə, heç vaxt məğlub və məyus olmurlar.
    3. Allahı tanıma və məsuliyyət hissi
    Bəzi həkimlər vardır ki, onlara kasıb və imkansız bir xəstə müraciət etdikdə müalicə üçün pul almamaqdan əlavə, onlara dərman almaq üçün öz ciblərindən pul da verirlər. Əgər xəstəlikləri bir qədər ciddi olarsa, səhərə qədər onun kasıb evində xəstənin başı üstə dururlar. Bu cür həkimlər Allaha inanan və mömin şəxslərdir. Eyni zamanda bir qism həkimlər də vardır ki, pul almamış xəstəyə yaxın durmurlar. Bunlar imansız, ya da imanı zəif olan insanlardır.
    İnsanın imanı olarsa, öz işində(hər hansı bir iş olursa, olsun) məsuliyyət hiss edəcəkdir. Öz vəzifəsini yaxşı biləcəkdir. Vəzifəsini yaxşı yerinə yetirəcəkdir, öz işində güzəştə gedəcəkdir. Öz daxilində əməllərini izləyən mənəvi bir keşikçi hiss edəcəkdir.
    İmansız insanlar isə xüdbin, özünüsevər və təhlükəli insanlardır. Özləri üçün hec bir məsuliyyət hiss etmirlər. Başqalarına zülm edib, onların haqqını tapdalamaq bu cür insanlar üçün cox sadədir. Belə insanlar yaxşı və xeyirxah işlər görməyə çox az razı olurlar.
    4.Allahı tanımaq və rahatlıq.
    Psixoloqların araşdırmalarından məlum olur ki, ruhi xəstəliyə məruz qalma hazırki dövrdə əvvəlki vaxtlardan daha çoxdur. Bunun səbəbini belə izah edirlər ki, bu xəstəliyə düçar olmağın səbəblərindən biri nigarançılıq hissi keçirməkdir. Gələcək hadisələrin, ölümün, müharibənin, kasıbçılığın, məğlubiyyətin və s. nigarançılığı insanı ruhi xəstəliyə düçar edir.
    Bunun müaliəcəsində isə əlavə edirlər:
    Bu nigarançılıq aradan qaldıran amillərdən biri də Allaha iman bağlamaqdır. Allaha iman bağlamaq nigarançılığı dəf edir.Mehriban, ruzi verən, bəndələrinin vəziyyətindən hər zaman agah olan və bəndələri ona üz tutan zaman onlara kömək edən Allah imanlı insanları bu çətinliklərdən də rahat və azad edir.
    Məhz bu səbəbdən həqiqi möminlər özlərini həmişə rahat hiss edirlər. Heç bir nigarançılıq onlara qalib gələ bilmir. Bütün işləri Allah xatirinədir. Buna görə də, bir ziyan gördükdə əvəzini Allahdan istəyirlər. Hətta müharibə meydanlarında təbəssüm və sevinc hiss olunur. Qurani- Məcid bu barədə belə buyurur:
    « Əlləziynə amənu və ləm yəlbisu imanəhum bizulmin ulaikə ləhumul əmn.» « İman gətirib imanlarını zülmlə (günahla) qatışdırmayanlar əmin- amanlıqdadırlar.» (Ənam, 82).
    Fikirləşin və cavab verin
    1.Ötüb keçmiş insanların həyatında iman və onun nişanələrini müşahidə etmisinizmi?
    2.Bilirsinizmi nə üçün özlərini mömin adlandıran və imandan dəm vuran, lakin mənəvi və əxlaqi pozğunluqlara düçar olan şəxslərdə imanın yuxarıda deyilən nişanəsi müşahidə olunmur?

    Ardi Gelen Dersimize insALLAH

    alıntı
#15.12.2014 13:48 0 0 0
  • Salam hamama girməyə ərinən girdikdən sonrada saatlarca orda qalan dostlarım

    Sevgi? o Titaniclə birlikdə batdı



    mama hardadı şalvarım?
    - Harda qoymusansa ordadı

    Xoşbəxtdi. Xoşbəxt olmasaydı durmaz gələrdi

    Analar sözü
    Mən 5 dəqiqəlik qonşuya gedirəm yarım saatdan sonra qazın altını söndür

    Məncə sən məni biraz düşün.


    Hansı dəli başdan xarab gic həəə tapdım bura qoymuşam


    Halil Sezainin evnin yandığını düşünün. Adam yanğın var deyənəcan bütün məhəllə yanar

    Mənim sabahım ol. Ümidim yoxBir gün ulduzlara bir yerdə baxağ olar?
    -olar
    Üşüsəm qucağlayarsan?
    -Üşüməsəndə qucağlayaram


    Gələcək nəsilə tövsüyəm. Gəlmiyin heçnə yoxdu burda darıxırıx burda biz

    Heçkəs yoxdusa qulaqcığım var

    Dostların ən böyük işi : bax görüm indiyəcan baxır?

    Sadəcə səninlə danışmağa ehtiyacım var amma mesaj yazmırsankı

    Bax bax bax öldürdüm səni
    - Polat Alemdaram mən
    Unutdum sın ölmürdün. Ən yaxşısı mən çıxım

    Əsil dostluğ heç vaxt sona çatmaz


    Yata bilmirəm mən

    -niyə?
    çox bilmiş adamlar yuxu problemi yaşayırlarmış
    - fikir vermə onlara. Sənə aid deyil. gecən xeyrə

    Çətindi hə profilimə baxıb baxıb heçnə edə bilməmək?

    Gündüz Cin : axaxaxaxaxax
    Gecə Cin : Allah sən böyüksən

    Sən ona yanarsan o başqasına
    Sən na yazarsan o başqasına

    Adamlar sən mesaj at deyə kosmosa adam göndərsin, baza stansiyası qursun, telefon düzəltsin. sənin yazdığın mmesaja bax : ok

    Mən hüç kəsin ən çox sevdiyi olmadım

    Avtobusa minəndə günəşin hansı tərəfə düşəcəyini düşünən insanların beli heç vaxt yerə dəyməz

    Heç kəs üçün ağlama

    Nə oldu emre aydın? heç səs sədan çıxmır. Yay gəldi soyuğ otağlar isindi deyəsən

    Yuxu qadağan olsaydı hamı yatardı gecələr

    Səni sevirəm
    -Vallah nə yalan deyim mən də özümü sevirəm. Gözəl insanam yaxşı seçimdi

    Xəyal qurmağı səni görəndən sonra öyrəndim bilirsən?

    alıntı
#15.12.2014 13:45 0 0 0
  • Nabatəli Qulamoğlu: «Elm-təhsil komitəsi bu məsələdə bir az tələsib»

    Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılacaq. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

    Komitə sədri qeyd edib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq: “Çünki bütün dünyada belə qəbul olunub. Keçmiş SSRI ölkələri istisna olmaqla, dünyanın heç yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil var. Bizdə qiyabi şöbələrə qəbul olunan sonuncu şəxslər təhsillərini başa vurduqdan sonra - 2015-ci ildən etibarən bu prosesi tədricən həyata keçirmək olar.

    Bəllidir ki, qiyabi təhsil əsasən işləyən insanların daha çox üz tutduğu sahədir. Bəzən əyani oxuyan tələbə də sosial ehtiyaclarını qarşılamaq üçün təhsil almaqla eyni vaxtda işləyir. Qiyabi təhsil isə oxuyarkən işləməyin qanunla tənzimlənən formasıdır. Doğrudur, bu sahədə müəyyən qanunsuzluqlar var, yəni rüşvətlə qiymət yazdırmaq və s. Lakin qiyabi təhsil sahəsində qayda-qanun yaratmaq olar, nəinki onu lazımsız adıyla ləğv etmək. Fikrimizcə, bu sahədə korrektələr etmək daha məqsədəuyğundur.

    Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə, köhnəni ləğv edib təzəyə keçmək üçün öncə şərait lazımdır. Şərait yoxdursa, köhnəni ləğv etmək olmaz: “Qiyabi təhsil ölkəni hər şeydən əvvəl kadrla təmin edir. Ucqarlardakı kadrlar yalnız qiyabi təhsil alanlardır. Azərbaycanın ucqar rayonlarında bu problem var. Digər tərəfdən, distant təhsilə keçidlə bağlı məsələni gündəmə gətirirlər. Ölkədə bu istiqamətdə internet resursları, şərait yoxdursa, bu məsələdən danışmağına dəyməz. Fikrimcə, 2015-ci ildə də qiyabi təhsil ləğv olunmayacaq. Çünki ucqar rayonlar kadrlarla tam təmin olunmayıb və onu yalnız qiyabi təhsil hazırlaya bilər. Elm-təhsil komitəsi bu məsələdə bir az tələsib”.

    Ekspertin qənaətincə, sözügedən rəsmi açıqlama sadəcə, beynəlxalq aləmlə ayaqlaşmaq anlamına gətirir. Nabatəli müəllim Azərbaycanda distant təhsilin olmadığını da vurğulayır. Ekspertin təbirincə, yeni təhsil sistemi hələ başlamamış köhnəni ləğv etmək bir qədər məntiqsizdir: “Təhsil haqqında qanunda distant təhsilin mövcudluğu olsa da reallıqda onun işləmə mexanizmi və faktik görüntüsü yoxdur. Necə olur, distant təhsilə keçilir və qiyabi təhsil ləğv olunur?! Ehtiyac varsa, 2015-ci ildə də qiyabi təhsil davam edəcək və o, ləğv olunmayacaq”.

    alıntı
#15.12.2014 13:41 0 0 0
  • Evdə bişirilən şirniyyatların nə qədər sağlıqlı və faydalı olduğunu hamımız bilirik.
    Ona görədir ki, hər zaman gözlərimiz bizimçün asan ola biləcək reseptlər arayır...
    Belə reseptlərdən birini sizlərə təqdim edirəm.
    Vəsaitlər:
    2 st. un
    300 qr kərə yağı
    100 qr şəkər tozu
    2 yumurta
    4 x.q. kakao tozu
    1 paçka qabartma tozu və 1 paşka vanil

    Hazırlanması:
    Un, yumurta, yağ, şəkər tozu, vanil, qabartma tozu qarışdırılır.
    Yumşaq, elastik və ələ yapışmayan xəmir yoğrulur.
    Xəmir 2 yerə bölünür. Bir hissəyə kakao tozu əlavə edilir.
    Sonra hər iki hissə sellofana qoyulub, 1 saat soyuducuda saxlanılır.
    Soyuducudan çıxarılan xəmir 3-4 mm qalınlığında yayılır və stəkanın ağzı ilə yumrular kəsilir.
    Yumrular aşağıdakı şəkildə formaya salınır və ikirəngli güllər alınır.
    Sobanın qabı yağlanır və güllər qaba düzülür.
    180 dərəcə temperaturda 15-20 dəqiqə bişirilir.

    Nuş olsun!

    alıntı
#15.12.2014 13:39 0 0 0

  • gün üzü görməmiş
    söyüşlərim var mənim.
    getməyi ağlından belə keçirmə

    Heçkimdən inciməmişəm , çünki incimək üçün onları vecimə almalıyam .

    - və axırda məndə özümü tərk eləməyə qərar verdim.

    -məsələn qara pamada (dodaq boyası) çəkən bir qız lazım..

    - həyat, məndən aldıqlarını harasına soxacaq?
    Çox maraqlıdı mənə ..

    - sonra boğazının qoxusu ilə deyil,
    ətirinin markası ilə maraqlanan qadınlar
    çıxacaq qarşına.
    onlar sənin qoxunu heç vaxt bilməyəcəklər..

    - cəhənnəm udmuş bir adamam mən.
    Məni sevsən peşman olarsan..

    - inan çox çalışdım bu qəlbsiz dünyanı sevə bilmək üçün..
    İnan..

    Və bəzən böyük duyğunlarını
    kiçik "yaxşı"ya sığdırarsan.

    Milyonlarla musiqi arasında
    bəzən dinləyəcək mahnı tapa
    bilməmək qədər axmaq bir şey
    yoxdur.

    Sabaha etibar yoxdur, hər an
    ölə bilərəm
    Məncə sən artıq gəl..

    - çox yorğunam..
    heç nə danışmayaq,
    eləcə birlikdə yatıb qalaq...

    - Məni hələ də sevirsən? Hətta
    indi..bu gün..lap elə bu dəqiqə?
    - İndi..bu gün..bu dəqiqə..və
    əbədi.

    Bədbəxtliyim ondadır ki, bütün
    insanları – birinci isə mənə ən
    dəyərli olanları – yaxşı adam
    hesab edirəm, həm ağlımla həm
    ürəyimlə..

    - sevgi..?
    yox tşk edirəm, viski yaxşıdı..

    ümidlər hər zaman var amma: zaman qısa, yol uzun, mən isə yorğunam

    - Və şeytan o qədər yaxşı idi ki,
    insanların bütün günahlarının səbəbi olmağı qəbul etdi

    alıntı
#15.12.2014 13:26 0 0 0
  • Alimlər "Twitter” vastəsilə psixləri ayırd etməyi öyrəniblər.

    Alimlər "Twitter” istifadəçilərinin 8 milyard məlumatını analiz edib və müəyyən ediblər ki, müəllifin bu və ya digər psixi pozuntusu olması barədə nəticə çıxarmaq olar.

    Analiz zamanı tədqiqatçılar istifadəçilərin təkcə xəstəliklər haqda xatırlatmalarını (bəziləri oxucuları ilə öz diaqnozlarını bölüşüblər) deyil, həmçinin bu və ya digər xəstəliklərə xarakterik olan müəyyən sözləri, ifadələri və qrammatik konstruksiyaları nəzərə alıblar.

    Mütəxəssislər əmin edirlər ki, "Twitter” zədədən sonra yaşanan stress pozğunluğu, depressiya, bipolyar və mövsümi affektiv pozuntu kimi xəstəlikləri müəyyən etməkdə kömək ola bilər.

    alıntı
#15.12.2014 13:23 0 0 0
  • Qara gözlü insanlar
    Hadisələr qarşısında çox tez həyəcanlanan, intizamlı, qayda-qanuna riayət edən insanlardır. Duyğusal olan bu insanların istər sevgisi, istərsə də kini çox güclü olur. Onlar qarşılarındakı insanı həmişə idarə etmək istəyərlər.

    Yaşıl gözlü insanlar
    Sevdiklərini heç vaxt qırmaq istəməzlər. Çox əsəbi olsalar da, qarşısındakını heç vaxt qırmazlar. Buna görə hisslərinə həmişə hakim olmağı bacarırlar.

    Mavi gözlü insanlar
    Durmağı sevməyən, enerji dolu, həmişə pozitiv qərarlar verən, əli açıq, dəyişikliklərdən qorxmayan biridir. Bir az xəyalpərəst olduqlarından gerçəkləri görməkdə çətinik çəkərlər.

    Boz gözlü insanlar
    Pisi, yaxşını seçməyi yaxşı bacaran, həssas bir qəlbə sahib insanlardır. Qürurlarına çox bağlı olduqlarından qürurları qırıldığında heç vaxt bağışlamazlar. Əslində yumşaq ürəkli, çox anlayışlı biridirlər.

    Qəhvərəngi gözlü insanlar
    Başqalarının onları idarə etməsini sevməzlər. Hər yerdə, hər kəsə sirlərini deyirlər. Sanki dünyaya bağlı gözlərlə baxarlar. Xəyal qırıqlığı yaşamamaq üçün reallıqları görmə yolunu seçmələrində fayda vardır.

    alıntı
#15.12.2014 13:22 0 0 0
#03.12.2014 14:09 0 0 0
#03.12.2014 14:07 0 0 0
#03.12.2014 14:00 0 0 0
  • hatalarımız - insanları tanımak - yapılan hatalar - kapak sözlerZor yola kolay kişilerle çıkmak,en büyük hatadır.


    noimage
    alıntı
#03.12.2014 13:57 0 0 0
  • Konu: Sarıl Bana
    aşk gifleri - sevgi gifleri - aşkın ifadesinoimage
    alıntı
#03.12.2014 13:52 0 0 0
  • yeşil çayın cilde etkisi - yeşil çayın haricen kullanımı - güneş yanıklarının yeşil çayla tedavisiBilim adamları, yeşil çayın güneşe maruz kalan cildin zarar görmesini önlediğini açıkladılar.

    Alman Rheinische Post gazetesinde yer alan habere göre, yeşil çayda bulunan polyphenol maddesinin, hem haricen hem de dahilen kullanıldığında cilt kanserinin oluşmasını engellemekte önemli rol oynadığı belirtildi.

    Güneş ışınlarının cilt hücrelerine zarar verdiğini, bunun da güneş yanığına ve cilt kanserine neden olabildiğini belirtildi. Yeşil çayda bulunan polyphenol maddesinin hücreleri güneşten koruduğu kaydedildi.

    Güneşin zararlarından korunmak isteyenlere yeşil çayın yanı sıra bol bol taze sebze ve meyve yemeleri önerildi.

    Meyve ve sebzenin cildi kanserden koruyan ve cildin erken yaşlanmasını engelleyen vitamin ve mineral içerdiğini belirtildi.

    MESANE KANSERİNE DE İYİ GELİYOR

    Öte yandan, Amerikalı bilim adamı Dr. Allan J. Pantuck'un laboratuvarda yaptığı deneylerde, mesane kanseri hücrelerinin çoğalma hızının, yeşil çay sayesinde yavaşladığı tespit edildi.

    alıntı
#29.11.2014 22:08 0 0 0
  • yeşil çayın sağlığa yararları - yeşil çayın deri hastalıklarından koruyucu etkisi - melanomaya karşı yeşil çayYeşil Çay, değişik kanser risklerini azaltıyor, kan kolesterol seviyesini düşürüyor, yaşlanmayı geciktiriyor ve değişik bakterilerin gelişmesini engelliyor.

    Ziraat Fakültesi Gıda Mühendisliği bölümü öğretim üyesi Yrd.Doç.Dr. Hayri Coşkun, yeşil çayın yemek borusu kanserini erkeklerde yüzde 57, kadınlarda yüzde 60 oranında önlediğini söylüyor.

    Yeşil Çay'ın, oksidasyon olmaması için toplandıktan sonra ezilme gibi işlemlerden korunduğunu, böylece doğal bileşenlerinin ve aromasının muhafaza edildiğini söyledi. Yeşil Çay polifenoller, polisakkaritler ve değişik vitaminler gibi birçok farklı kimyasal bileşen içerir.

    Ultra viole ışınlarının deride kanser ve buruşukluklara neden olduğu bilinmektedir. Yeşil çayın ise bu tür deri hastalıklarını koruyucu özelliği vardır.

    Sigara dumanında potansiyel kanser yapıcı madde olan NNK, akciğer kanserine neden olmakta, Yeşil çayın bu hastalığa karşı koruyucu etkisi bulunmaktadır.

    Ayrıca, siyah demli çay, günde 2-3 kez ve mutlaka sıcak içilmeli. Öğünler arasında içilmeli çünkü yemekle içilen çay sindirimi zorlaştırıyor. Yemeğin ardından çay içmemek gerekiyor çünkü bu mide kaslarının gerilmesine yol açarak hazımsızlığa neden olabiliyor.

    Amerikalı araştırmacılar, çay tiryakilerinin öldürücü deri kanseri 'melanoma'ya karşı, çay içmeyenlerden daha dirençli olduğunu ortaya çıkardı. Çayın, sıcak içilmesi durumunda, ağızdaki bakterilere karşı etkili olduğu gibi, içine turunçgillerden bir meyvenin kabuğunu atmakla, cilt kanseri riskinin daha da azaltılabileceği belirtiliyor.

    Amerika'da en fazla melanoma olayının görüldüğü Arizona'da yüzden fazla hasta üzerinde yapılan araştırmalarda, çayın içine limon ya da portakal kabuğu atarak içme alışkanlığı olanlarda, deri kanseri riskinin daha da azaldığı saptandı.

    Rus bilim adamları yaptığı başka bir araştırmada ise:, kahve ve çay içiminin, korkma duygusunu güçlendirdiğini ileri sürdüler. Fareler ile yapılan deneylerde; hayvanlara kafein ve tein'li içecekler verildi ve onların, kafeslerin karanlık köşelerinden korktukları saptandı.

    Moskova Acı Araştırma Enstitüsü bilim adamları, kafeinin etkisinin, özellikle önceden cesur davranışlar gösteren farelerde görüldüğüne dikkat çekti.


    Çay aslında aşırı olmamak şartıyla, beden ve zihin yorgunluğu ve mide tembelliğini gideriyor, idrar söktürüyor. Kahve ise düşünmeyi kolaylaştırıyor, baş ağrılarını dindirip, öksürüğü anında kesiyor.

    alıntı
#29.11.2014 22:06 0 0 0